İranda “Molla”dan da “Şah”dan da beziblər" - Qoşqar Bəylərov yazır...

İranda “Molla”dan da “Şah”dan da beziblər" - Qoşqar Bəylərov yazır...
13.01.2026 16:27 Siyasət

"Rza Pəhləvinin sosial media hesablarına gələn bəyənmə və şərhlərin təxminən yarısı (46%) bot hesablar tərəfindən edilir".

TodayPress TV xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsinin müəllimi Qoşqar Bəylərov öz "Facebook" səhifəsindəki paylaşımda deyib.


Onun sözlərinə görə, İranda internet faktiki olaraq bağlı olduğu halda eyni tip reaksiyaların davam etməsi də bunu açıq göstərir:

"Burada xalqın səsi yox, xarici güclərin, xüsusən ABŞ və İsrailin açıq mediatransformasiyası var. Bu kontentlər süni intellekt vasitəsiylə hazırlanır və kütləvi yayım üçün nəzərdə tutulur. Fonda isə İranın məşhur müsiqiçisi Məcid İntizaminin “Dirəniş” simfoniyası istifadə olunur. Bu simfoniya özü də təsadüfi seçilməyib. İran-İraq müharibəsində Hürrəmşehr mühasirəsini, dolayı yolla birliyi təmsil edir. Məqsəd İran daxilində guya geniş ictimai dəstəyin mövcud olduğu təəssüratını yaratmaqdır. Amma reallıq fərqlidir:  

Türk, ərəb, kürd və bəluç bölgələri etirazlarda hələ aktiv iştirak etmir, çünki onlar “molla”dan bezdikləri kimi “şah”dan da beziblər".

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər