Hakim ədalətsizliklərinə görə Azərbaycan Prezidenti də dilə gəldi

Siyasət

30.04.2026 13:01

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:

“Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Güləş,Görüş,Todaypress.tv,