Bəhreynli nazir: Qadınlar inkişafın tam tərəfdaşıdır

Bəhreynli nazir: Qadınlar inkişafın tam tərəfdaşıdır
17.05.2026 14:23 Siyasət

“Bu gün Bəhreyn qadını artıq sadəcə hüquq və imkanların genişləndirilməsi mərhələsindən milli inkişaf prosesində, o cümlədən mənzil və şəhərsalma sektorunda tam tərəfdaşlıq mərhələsinə qədəm qoyub”.  

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Qadınlar Assambleyasında ("Women’s Assembly") Bəhreyn Krallığının mənzil tikintisi və şəhərsalma naziri Amna bint Əhməd əl-Rumayhi deyib. 

Nazir "Bütün qadınlar və qızlar üçün gender-transformativ mənzil siyasəti bərabərlik və ləyaqəti necə təmin edə bilər?" mövzusundakı panel iclasında Bəhreyn qadınlarının ölkənin qərarlar qəbul edilməsi prosesindəki rolu və mənzil təminatı sahəsində atılan addımlardan danışıb:

“Biz bu gün Bəhreyn hökumətində səhiyyə, turizm, davamlı inkişaf, mənzil tikintisi və şəhərsalma kimi strateji sahələrdə mühüm sənədlərə rəhbərlik edən beş qadın nazirin olması ilə qürur duyuruq".

Rəhbərlik etdiyi qurumun qadınlar üçün yaratdığı sosial imkanlara toxunan nazir qeyd edib ki, Mənzil Tikintisi və Şəhərsalma Nazirliyi olaraq ailə sabitliyini gücləndirən, qadınların adekvat mənzil şəraitinə ədalətli və hərtərəfli çıxışını təmin edən mənzil xidmətlərinin təkmilləşdirilməsi istiqamətində çalışırlar. Müxtəlif sosial şəraitləri nəzərə alan, xidmətlərə, maliyyələşməyə və müvafiq mənzil təminatına bərabər imkanlar yaradan xüsusi dövlət siyasəti çərçivəsində, 2025-ci ilə qədər dul, boşanmış və ailə başçısı olan qadınlar da daxil olmaqla, 6555-dən çox qadın bu mənzil xidmətlərindən yararlanıb.

Bəhreynli nazir, həmçinin əlavə edib ki, mənzilə ən çox ehtiyacı olan həssas qrupların dəstəklənməsi nazirliyin prioritetləri sırasındadır: 

“Biz yetimlər, boşanmışlar, dullar və uşaq böyüdən (himayəsində uşağı olan) qadınlar da daxil olmaqla, mənzilə ən çox ehtiyacı olan qadınları dəstəkləmək üçün xüsusi mənzil kateqoriyaları hazırlamışıq. Bununla yanaşı, mənzil xidmətlərinə ədalətli çıxışı daha da gücləndirmək üçün gəlir və yaşla bağlı uyğunluq meyarlarını genişləndirmişik".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Bütün Xəbərlər