"Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

"Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
22.09.2025 15:51 Sənaye və energetika

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi və "China Datang Overseas Investment Co." şirkəti arasında ölkədə "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Çin şirkətinin baş meneceri Yuanlong Zhou imzalayıb.

Parkın əsas məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər