Məşhur futbolçu müharibədə öldürüldü - FOTO

Məşhur futbolçu müharibədə öldürüldü - FOTO
17.10.2026 10:35 İdman

Ukrayna milli komandasının sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə aparılan müharibə zonasında həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi idmançının həyat yoldaşına istinadən məlumat yayıb.

Maksimyuk karyerası ərzində “Volın”, “Dnepr” və Kiyev “Dinamo”sunun formasını geyinib.

Futbolçu 2025-ci ilin yanvarından itkin düşmüş hesab olunurdu.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Oflayn” və “Sıfır pasiyent” seriallarındakı rolları ilə tanınan aktyor Dmitri Çernışevin də döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu bildirilmişdi.


TodayPress TV 

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər