Təbii qazın dəyəri artmağa davam edir
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.28% bahalaşaraq 4.6163 ABŞ dollarına bərabər olub.
TodayPress TV xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.86% azalıb. Beləliklə, qazın meqavat-saatı 29.30 avro olub.