SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi
21.09.2026 14:30 Sənaye və energetika

Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, şirkətin kollektivi əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq Ulu Öndərin abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanını ziyarət edən SOCAR kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

TodayPress TV

FOTOLAR

SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi — 1
SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi — 2
SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi — 3
XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər