Neft məhsullarının ixracı 3 %-dən çox artdı

Neft məhsullarının ixracı 3 %-dən çox artdı
15.09.2025 17:15 Sənaye və energetika

Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 438 min 660,24 ton həcmində neft məhsulları ixrac edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 233 milyon 305,78 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3,6 % çox, dəyəri isə 14,9 % azdır.

Hesabat ayında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 1,37 % olub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,4 % azalıb, idxal isə 17,9 % artıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər