Gecə tez-tez oyanmaların səbəbi nədir?
Bir insanın asanlıqla yuxuya getməsi, lakin saat 3-4 radələrində oyanması “yuxunun saxlanılması yuxusuzluğu” adlanır.
TodayPress TV xəbər verir ki, bu barədə "HuffPost" məlumat yayıb.
Belə ki, insanlar yuxunu bərpa etmək üçün tez yatırlar, amma altı-yeddi saatdan sonra beyin kifayət qədər istirahət etdiyi üçün oyanırlar.
Bu vəziyyət xüsusilə orta yaşlı qadınlarda tez-tez müşahidə olunur. Mütəxəssislərə görə, bir çox insan bu problemi həyat tərzini dəyişməklə aradan qaldıra bilər.
Həmçinin yuxu keyfiyyətini artırmaq üçün ardıcıl yuxu rejiminə - həftə içi, həftə sonu və bayram günlərində eyni saatlarda yatmaq və oyanmaq tövsiyə olunur.
Türkan İsgəndərli