Bədəndəki bakteriyalar yuxusuzluğa səbəb ola bilər
Sağlamlıq
13.08.2025 19:00
Nankin Tibb Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaqda "Odoribacter" adlı bakteriyanın artması yuxusuzluq riskini artırır.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "General Psychiatry" jurnalında dərc olunub.
Tədqiqatda 386 min insanın genetik məlumatları və 26 min nəfərin bağırsaq mikrobiotasının tərkibi araşdırılıb. Nəticədə, 14 bakteriya növünün yuxusuzluq riskini 1-4% artırdığı, 8 növün isə riski 1-3% azaltdığı məlum olub. Odoribacter bakteriyası yuxuya ən mənfi təsir edənlər sırasındadır.
Bundan əlavə, yuxusuzluğun özü də bağırsaqdakı bakteriya balansını dəyişir. Bəzi faydalı bakteriyalar azalır, digərləri isə artır.
Tədqiqatçılar qeyd ediblər ki, bu nəticələr əsasən Avropa mənşəli insanlara əsaslanır və qidalanma, həyat tərzi kimi faktorlar nəzərə alınmayıb.
Türkan İsgəndərli
tag: Bağırsaq,Bakteriya,Sağlamlıq,Yuxusuzluq,Todaypress.tv,