Alkoqol xərçəngin inkişafına təkan verir
Sağlamlıq
28.10.2025 19:30
Alkoqol orqanizmdə onkoloji xəstəliklərin yaranmasına şərait yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə “Lenta.ru” portalı məlumat yayıb.
Bildirilib ki, alkoqol hüceyrələr üçün toksik maddədir .
O, DNT-ni zədələyir və onların təbii bərpa prosesini pozur.
Alkoqolun təsiri altında baş verən DNT zədələnmələri zamanla mutasiyalara səbəb olur və bu da xərçəngin yaranma ehtimalını artırır. Ən çox zərər görən orqanlar isə həzm sistemi ilə bağlıdır — ağız boşluğu, udlaq, qida borusu və qaraciyər. Bu orqanlarda etanol parçalanır və onun zərərli maddələri toplanır.
“Hətta az miqdarda spirtli içki riski artırır, lakin mütəmadi və çox miqdarda istifadə vəziyyəti daha da ağırlaşdırır”, – məlumatda bildirilib.
Alkoqolun kanserogen təsiri siqaret və düzgün qidalanmama ilə birləşəndə daha da güclənir. Hüceyrələr uzun müddət zədələnməni kompensasiya edə bilsə də, illər sonra bu, bədxassəli şişlərin yaranmasına gətirib çıxarır.
Xərçəng riskini minimuma endirmək üçün alkoqol istifadəsini ciddi şəkildə məhdudlaşdırmaq, ideal halda isə tamamilə imtina etmək lazımdır.
Qiymət Mahir
tag: Alkoqol ,Xərçəng,Spirt,Siqaret,Todaypress.tv,
