Xəstəlik səsləri dərsi başa düşməyə mane olur

Sağlamlıq

05.07.2025 20:00

Amerikalı alimlər müəyyən ediblər ki, dərs zamanı xəstəliyi xatırladan səslər – məsələn, öskürək və burnu çəkmək – tələbələrin dərsi anlamağına pis təsir edir.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı tələbələrə eyni dərs dinlədilib, amma bir qrup bu səsləri eşidib, digər qrup isə səssiz mühitdə olub. 

Nəticədə, xəstəlik səsləri eşidən tələbələr testlərdə 17 faiz daha az bal toplayıb.

Alimlər deyirlər ki, bu səsləri eşidəndə insanın beyni şüuraltı şəkildə təhlükəyə fokuslanır, ona görə də dərsə diqqət yayılır.

Maraqlıdır ki, tələbələr bu səsləri narahatedici hesab etməyiblər. Amma onların öyrənmə qabiliyyətinə təsiri aydın hiss olunub.

Alimlər bildirirlər ki, bu effekt siniflərdə də ola bilər və gələcəkdə daha geniş araşdırmalar aparmağı planlaşdırırlar.

Qiymət Mahir

tag: Xəstəlik,Səs,Dərs,Sağlamlıq,Todaypress.tv,