Ağır iş həftəsində sağ qalmağın yolları
Psixoterapevt İrina Kraşkina altı günlük iş rejimində sağlam qalmaq üçün məsləhətlər verib.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, o, açıqlamasında həftəyə enerjili başlamaq və bazar ertəsindən çərşənbə gününə qədər daha çox iş görmək lazım olduğunu bildirib.
Cümə axşamı sürəti azaltmaq, cümə günü isə şənbə üçün plan qurmaq tövsiyə olunur.
Kraşkina şənbə günü yalnız minimum işlə kifayətlənməyi və əsas diqqəti istirahətə yönəltməyi məsləhət görüb. Onun sözlərinə görə, uzun iş həftəsində əsas məqsəd mükəmməl işləmək deyil, öz sağlamlığını qorumaq olmalıdır.
Jalə Rövşən