Yeni turizm trendi turistləri iki yerə böldü: Görməli yerlərdən imtina etmək olarmı?

Yeni turizm trendi turistləri iki yerə böldü: Görməli yerlərdən imtina etmək olarmı?
21.08.2026 06:02 Maraqlı

Həddindən artıq turist sıxlığından qaçmaq üçün son dövrlərdə populyarlaşan “mini turizm” konsepsiyası gözlənilən nəticəni verməyib.

TodayPress TV xəbər verir ki, səyahət jurnalisti Laura Hall qızı ilə birlikdə İrlandiyanın paytaxtı Dublində bu trendi sınayıb. Konsepsiyaya əsasən, onlar məşhur turistik məkanlardan uzaq duraraq yerli insanların gündəlik həyatını və daha az tanınan məkanları kəşf etməyə çalışıblar.

İlk günlərdə supermarketlərdən yerli məhsullar alıb, ikinci əl mağazalarına baş çəkiblər və məşhur muzeylərin qarşısındakı uzun növbələrdən uzaq durublar. Lakin daha sonra təsadüfən şəhərin məşhur Temple Bar ərazisinə düşüblər və burada canlı atmosferdən zövq alıblar.

Səfərin sonunda Hall etiraf edib ki, Dublinin əsas görməli yerlərindən imtina etmək düzgün qərar olmayıb. Onun sözlərinə görə, “mini turizm” maraqlı olsa da, şəhərin məşhur məkanlarını tamamilə kənarda qoymaq səyahətin əsas hissəsini əldən vermək deməkdir.

Ekspert turistlərə həm məşhur görməli yerləri ziyarət etməyi, həm də səfər zamanı yerli və az tanınan məkanları kəşf etməyi tövsiyə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər