Səudiyyə hücum üçün ABŞ-ni çağırdı, amma…

Səudiyyə hücum üçün ABŞ-ni çağırdı, amma…
04.10.2026 20:06 Dünya

ABŞ Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı həyata keçirdiyi əməliyyatlara kəşfiyyat dəstəyi göstərir, lakin döyüşlərdə birbaşa iştirak etmir.

TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, Vaşinqton Səudiyyə Ərəbistanına hədəflərin müəyyənləşdirilməsi və kəşfiyyat məlumatlarının təqdim olunması sahəsində yardım edir.

Məlumata əsasən, Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ABŞ-dən Yəməndəki husilərə qarşı hava zərbələri endirməsini istəyib. Lakin Vaşinqton hələlik birbaşa hərbi müdaxilədən çəkinir.

Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə əməliyyatlara birbaşa qoşulmağın ABŞ-nin diqqətini İrandan yayındıra biləcəyini əsas gətirərək bu addıma qarşı çıxır.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər