Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi
Yer ilə Saturnun ən böyük peyki Titan arasındakı məsafə planetlərin orbitdəki mövqeyindən asılı olaraq dəyişir.
TodayPress TV xəbər verir ki, SpaceDaily-nin məlumatına görə, Yer və Saturn ən yaxın olduqda Titanla aramızdakı məsafə təxminən 1,2 milyard kilometr, ən uzaq olduqda isə 1,65 milyard kilometr təşkil edir.
Titan Saturnun ətrafında orta hesabla 1,2 milyon kilometr məsafədə dövr edir. Saturn isə Günəşdən orta hesabla 1,4 milyard kilometr uzaqdadır və Günəş ətrafında bir tam dövrünü təxminən 29,5 ilə başa vurur.
Mütəxəssislər bildirirlər ki, məsafənin dəyişməsinin əsas səbəbi Yerin və Saturnun Günəş ətrafında fərqli sürətlə hərəkət etməsidir.
Kübra Musayeva