Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz?
Sürücüləri yolda ən çox qıcıqlandıran davranışlar açıqlanıb.
TodayPress TV xəbər verir ki, Jalopnik nəşri oxucular arasında sorğu keçirərək avtomobil idarə edənlərin ən çox narazı qaldığı halları müəyyənləşdirib.
Siyahıda sükan arxasında telefondan istifadə, dönmə siqnallarını vaxtında yandırmamaq, sol zolaqda yavaş hərəkət etmək, səbəbsiz əyləcləmək və təhlükəli məsafə saxlamaq önə çıxıb.
Həmçinin sürətlənmə zolağından birbaşa sol zolağa keçmək, zəif görünüş şəraitində faraları yandırmamaq və qarşıdakı avtomobilə həddindən artıq yaxın sürmək də sürücülərin ən çox qıcıqlandığı davranışlar arasında göstərilib.
Kübra Musayeva