Əsrlərdir gizli qalan sirr üzə çıxdı: Daşın üzərində nə yazılıb?

Əsrlərdir gizli qalan sirr üzə çıxdı: Daşın üzərində nə yazılıb?
21.08.2026 03:35 Maraqlı

Farer adalarında aparılan arxeoloji qazıntılar zamanı üzərində qədim runik yazılar olan daş aşkarlanıb.

TodayPress TV xəbər verir ki, daş Sandoy adasındakı A-Sondum arxeoloji ərazisində, orta əsrlərə aid binanın döşəməsinə hörülmüş vəziyyətdə tapılıb. Yazının bir hissəsi zamanla zədələndiyi üçün tam oxunmur.

Farer Adaları Milli Muzeyinin arxeoloqları daşın üzərindəki yazının başlanğıcını “Her hvílur…” kimi tərcümə edib. Qədim skandinav dilində bu ifadə “Burada yatır…” və ya “Burada dəfn olunub…” mənasını verir.

Mütəxəssislər tərcüməni təsdiqləsə, daşın qəbirüstü və ya xatirə abidəsi kimi istifadə edildiyi ehtimal olunur. Daşın daha dəqiq araşdırılması üçün avqustun sonunda runik yazılar üzrə mütəxəssis əraziyə cəlb ediləcək.

Maraqlıdır ki, daşın tapıldığı tikilidə Məryəmin körpə İsa ilə təsvir olunduğu heykəl fraqmentləri və kiçik yağ lampası da aşkarlanıb. Bu tapıntılar binanın erkən xristian ibadət yeri ola biləcəyini göstərir.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər