Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü

Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü
16.08.2026 06:20 Maraqlı

Almaniyanın Baltik dənizi sahillərində anomaliya xarakterli isti hava səbəbindən zəhərli göy-yaşıl yosunlar yayılıb.

TodayPress TV xəbər verir ki, bunu Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsinin peyk görüntüləri təsdiqləyib.

Qeyd olunub ki, sianobakteriyalar Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqyasda yayılıb. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq Baltik dənizində və bir sıra digər su hövzələrində çimməyə qadağa qoyub.

Bu mikroorqanizmlərin kütləvi şəkildə toplanmasına suyun yüksək temperaturu və zəif su dövranı səbəb olub.

Göy-yaşıl yosunlar allergiyaya, dərinin və selikli qişaların qıcıqlanmasına, həmçinin ürəkbulanma və qusmaya səbəb ola bilən toksinlər ifraz edə bilər.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər