Mərkəzi Bank kredit kartları haqqında statistika açıqladı
Maliyyə
11.11.2025 12:49
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7,3 milyard manat təşkil edib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.8% və ya 992 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4,2 milyard manatı elektron ticarət, 1 milyard 629 milyon manatı POS-terminallar, 1 milyard 138 milyon manatı bankomatlar, 269 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il oktyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 116 min təşkil edib.
tag: Azərbaycan Mərkəzi Bankı, Kredit kartları, POS-terminallar,Artım ,Todaypress.tv,
