Aqrar sektor 1 % böyüdü

Kənd Təsərrüfatı

13.04.2026 14:36

Bu ilin I rübdə Azərbaycanda 1 milyard 717,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə 1,1 % çoxdur.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub. Bu ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyard 171,6 milyon manata çatıb.

TodayPress TV

tag: Aqrar,Sektor,Artım,Böyümə,Todaypress.tv,