Təbii qazın dəyəri kəskin artdı

Təbii qazın dəyəri kəskin artdı
22.01.2026 09:30 İqtisadiyyat

ABŞ-də təbii qazın qiyməti ölkənin böyük hissəsini bürüyən sərt Arktika soyuqlarının təsiri ilə artıq üçüncü gündür ki, kəskin bahalaşıb.

TodayPress TV xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 9.89% dəyər qazanaraq 5.3572 ABŞ dollarına bərabər olub.

Eyni zamanda, Niderlandın "Title Transfer Facility” (TTF) platformasında qazın meqavat-saatının dəyəri 14.73% artıb. Beləliklə, qazın meqavat-saatı 39.70 avro olub.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər