Qlobal fond bazarlarında eniş müşahidə edilir
Qlobal fond bazarlarının son ticarət sessiyasında əsas indekslərdə eniş müşahidə edilib.
TodayPress TV xəbər verir ki, ABŞ fond indeksləri ticarəti itkilərlə başa vurub.
Dow Jones Industrial Average sutka ərzində 1,76% azalaraq 48 488,6 bəndə enib.
S&P 500 indeksi 2,06% azalaraq 6 796,9 bənd təşkil edib. Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite isə 2,39% azalaraq 22 954,3 bənd səviyyəsində qərarlaşıb. NYSE Composite indeksi 1,46%, S&P/TSX Composite isə 1,03% geriləyib.
Avropa fond bazarlarında da eniş tendensiyası müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,57% azalaraq 5 892,1 bəndə düşüb. FTSE 100 0,67%, DAX 1,03%, CAC 40 0,61%, IBEX 35 isə 1,34% azalıb.
Analitiklər qeyd edirlər ki, sutkalıq enişlər əsasən investorların riskdən yayınma davranışı, ABŞ monetar siyasəti ilə bağlı qeyri-müəyyənliklər və texnologiya sektorunda satış təzyiqlərinin artması fonunda formalaşıb.