Mikayıl Cabbarov Afrim Qaşi ilə görüşdü

Mikayıl Cabbarov Afrim Qaşi ilə görüşdü
21.07.2025 18:07 İqtisadiyyat

Azərbaycan və Şimali Makedoniya arasında enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivləri müzakirə edilib.

TodayPress TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, işgüzar səfər çərçivəsində Şimali Makedoniyanın Assambleyasının sədri Afrim Qaşi ilə görüşündə ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğu qeyd edilib.

“İşgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Assambleyasının sədri Afrim Qaşi ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdik. Enerji, ticarət və investisiya tərəfdaşlığının perspektivlərini müzakirə etdik”, - deyə nazir bildirib.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər