Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox...

Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox...
01.08.2026 14:16 İqtisadiyyat

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib.

Əsas altkoinlərdən Ethereum (ETH) 2,09% azalaraq 1 865,69 ABŞ dollarına düşüb. BNB isə bazardakı ümumi enişə baxmayaraq 0,21% bahalaşaraq 591,39 ABŞ dollarına yüksəlib.

Digər əsas kriptovalyutalardan XRP 1,58%, Solana (SOL) 1,92%, TRON (TRX) isə 0,52% dəyər itirib. Son 24 saatda ilk onluqda ən çox geriləyən aktiv Hyperliquid (HYPE) olub. Onun qiyməti 6,50% azalıb. Dogecoin (DOGE) isə cüzi dəyişərək 0,01% ucuzlaşıb.

Bununla yanaşı, Tether (USDT) və USD Coin (USDC) qiymət sabitliyini qoruyaraq müvafiq olaraq 0,9990 və 0,9999 ABŞ dolları səviyyəsində ticarət olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər