Dövlət qurumlarını hədəf alan SAXTA DOMEN sayı artdı

Dövlət qurumlarını hədəf alan SAXTA DOMEN sayı artdı
07.04.2026 11:37 İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 6 saxta domen bloklanıb.

TodayPress TV Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər