Çay istehsalı azaldı

Çay istehsalı azaldı
19.07.2025 11:10 İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 5 min 668 ton çay istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.

İyulun 1-nə ölkədə 78,1 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 18,5 % azdır.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər