Azərbaycanın kimya məhsulları bu ölkələrə ixrac olunur

Azərbaycanın kimya məhsulları bu ölkələrə ixrac olunur
16.09.2026 13:08 İqtisadiyyat

"Etilen-Polietilen zavodunun ümumi məhsul satışının təxminən 90 faizi ixracın payına düşür".

TodayPress TV xəbər verir ki, bunu “SOCAR Uniper”in “Azərkimya” üzrə icraçı direktoru Samir Səlimli jurnalistlər üçün təşkil olunan mediaturda deyib.

Onun sözlərinə görə, daxili bazarın təminatından sonra məhsullar tələbatdan asılı olaraq Türkiyə, Estoniya, digər Avropa ölkələri, Çin və başqa ölkələrə ixrac edilir.

Samir Səlimli bildirib ki, etilen və propilen əsasən “SOCAR Polymer”in qurğularının və “Azərkimya”nın aşağı təzyiqli, yüksək sıxlıqlı polietilen istehsalının xammalla təmin edilməsinə xidmət edir.

“Ümumi məhsulların satış həcminin 85-88 faizi ixracın payına düşür. İxrac Türkiyə, Estoniya, Avropa ölkələri, Çin və digər ölkələrə tələbatdan asılı olaraq həyata keçirilir”, – deyə o əlavə edib.

İcraçı direktor qeyd edib ki, 2016-2021-ci illərdə müəssisədə iri həcmli modernizasiya və yenidənqurma işləri aparılıb. Modernizasiya layihəsindən sonra zavodun əsaslı təmir üçün iki ildən bir planlı şəkildə dayandırılması tətbiq edilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər