Azərbaycanda 10 ayda elektrik istehsalı artdı
İqtisadiyyat
15.11.2025 16:01
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyalarında 73,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,2 faiz çoxdur.
Hesabat dövründə günəş elektrik stansiyalarında 532,3 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 9,5 faiz artım deməkdir.
Ümumilikdə, ölkədə 22 milyard 553,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici illik müqayisədə 0,6 faiz çoxdur. İstehsal olunan enerjinin 21 milyard 800,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisidir.
Elektrik istehsalının strukturuna görə, 2 milyard 521,2 milyon kVt/saatı su elektrik stansiyalarının, 18 milyard 673,7 milyon kVt/saatı istilik elektrik stansiyalarının, 159 milyon kVt/saatı isə tullantıların yandırılmasından alınan elektrik enerjisinin payına düşüb.
tag: Elektrik istehsalı ,Dövlət Statistika Komitəsi,Yanvar-oktyabr ayları,Artım ,Todaypress.tv,
