"Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu

"Zirə" yoxlama oyununda "Iğdır" klubuna məğlub oldu
30.06.2026 20:45 İdman

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.

TodayPress TV-nin məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib. "Zirə"nin heyətində Yeqor Boqomolski dubl edib, digər qolu Elçin Əlicanov vurub.

Xatırladaq ki, "Zirə" qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər