Yevlaxda qol yağışı – “Karvan” rəqibini darmadağın etdi

İdman

10.04.2026 17:44

Azərbaycan Premyer Liqasının XXVII turunun açılış matçında “Karvan-Yevlax” qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən görüşdə Kəpəz 4:1 hesabı ilə məğlub edilib. 

Qarşılaşmanı Nicat İsmayıllı idarə edib.

Matçın 38-ci dəqiqəsində Rauf Rüstəmli hesabı açıb – 1:0. İlk hissənin əlavə vaxtında o, dubl edərək fərqi artırıb – 2:0.

İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə Fərid Nəbiyev fərqi azaldıb – 2:1. Lakin 65-ci dəqiqədə Eltun Turabov yenidən üstünlüyü iki topa çatdırıb – 3:1.

Görüşün 90+4-cü dəqiqəsində Rauf Rüstəmli het-trikini rəsmiləşdirərək yekun hesabı müəyyənləşdirib – 4:1.

Beləliklə, “Karvan-Yevlax” cari mövsümdə Premyer Liqada ikinci qələbəsini qazanıb. Komanda ilk qələbəsini də II turda məhz “Kəpəz” üzərində (3:2) əldə etmişdi.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,PL,Kəpəz,Karvan-Yevlax,Todaypress.tv,