Köçəryanın həbs müddəti uzadıldı
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq Prezidenti Robert Köçəryanın həbs müddətini daha iki ay uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bildirilib ki, prokuror Köçəryanın azadlığa buraxılacağı təqdirdə ibtidai istintaqa mane ola biləcəyi riskini əsas gətirərək həbs müddətinin uzadılmasını istəyib.
Bundan əvvəl keçmiş prezidentin vəkili Aram Orbelyan jurnalistlərə açıqlamasında müdafiə tərəfinin həbs müddətinin uzadılması üçün əsas görmədiyini bildirib. O, müvafiq vəsatətin rədd ediləcəyinə ümid etdiklərini qeyd edib.
Aysel Mətləb