Yaş sadəcə rəqəmdir: LeBron NBA rekordunu yenilədi

İdman

13.02.2026 10:15

LeBron Ceyms NBA-nın 2025/2026 mövsümündə yeni tarixi rekord müəyyənləşdirib. 

TodayPress TV xəbər verir ki, “Los-Anceles Leykers”in lideri “Dallas Maveriks”ə qarşı keçirilən müntəzəm mövsüm matçında (124:104) tripl-dabl edərək liqa tarixində buna nail olan ən yaşlı oyunçu statusunu qazanıb.

41 yaşlı ulduz basketbolçu meydanda 35 dəqiqə keçirərək, 28 xal, 12 məhsuldar ötürmə və 10 ribaund ilə komandasının qələbəsində əsas rol oynayıb. 

Qeyd edək ki, LeBron Ceyms artıq uzun illərdir NBA-da stabil performansı ilə seçilir. Yaş artdıqca bir çox oyunçunun məhsuldarlığı azalır, lakin o, fiziki hazırlıq və oyun intellekti sayəsində hələ də elit səviyyədə çıxış etdiyini sübut edir. 41 yaşında tripл-dabл etməsi həm fərdi rekord, həm də müasir basketbolda uzunömürlülüyün simvolu kimi qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: LeBron Ceyms,NBA,Rekord,basketbol,Todaypress.tv,