Ya möcüzə, ya fiasko - Flikin yeni planı hər şeyi dəyişə bilər
İdman
14.02.2026 13:56
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kubokunun yarımfinal mərhələsində Madrid “Atletiko”su ilə martin 3-də baş tutacaq cavab oyunu üçün ciddi taktiki dəyişikliklər üzərində işləyir.
TodayPress TV “The Touchline” nəşrinə istinadən xəbər verir ki, komanda 0:4 hesablı məğlubiyyətdən sonra daha aqressiv və hücuma yönəlmiş oyun planı ilə meydana çıxmağa hazırlaşır.
Məlumata əsasən, məşqçi heyəti hesab edir ki, yalnız maksimum hücum fəlsəfəsi sayəsində dörd top fərqini bağlamaq mümkündür. Bu səbəbdən bir neçə əsas hücumçunun eyni anda start heyətində yer alması ehtimalı var.
Robert Levandovski, Markus Raşford, Rafinya və Lamin Yamaldan ibarət hücum yönümlü model kağız üzərində təhlükəli görünsə də, balans məsələsi böyük risk yaradır. Çünki “Atletiko”nun əks-hücumlarda effektivliyi və müdafiə intizamı bu cür açıq oyun planına qarşı ideal silah ola bilər.
Tarixdə böyük hesablı geri dönüşlər olsa da, 0:4-dən geridönüş etmək üçün erkən qol, yüksək temp və az səhv vacibdir. Flikin planı uğur gətirərsə, bu həm taktiki cəsarətin, həm də oyunçu keyfiyyətinin nəticəsi olacaq. Əks halda isə komandanın arxa xəttində yaranacaq boşluqlar hesabın daha da böyüməsinə səbəb ola bilər.
Namiq HUN
tag: Barselona,Hans-Diter Flik,Atletiko Madrid,Klub,Todaypress.tv,
