“Xilasedici” Sloveniyada da rəqibinə müqavimət göstərə bilmədi
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, III təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın "ACH Volley Lyublyana" klubunun qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 1:3 (23:25, 25:23, 15:25, 18:25).
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda da "Xilasedici" 1:3 hesabı ilə məğlub olub.