Yaralananlar və saxlanılanlar var - “Beşiktaş”ın prezidenti danışdı
“Beşiktaş” klubunun prezidenti Serdal Adalı Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, o, azarkeşlərin yaşadığı çətinliklərdən sonra prosesin yaxşı nəticələnməsindən məmnunluğunu ifadə edib və dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.
Adalı Gürcüstan polisinin azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etməsini tənqid edib. Onun sözlərinə görə, hadisə zamanı iki azarkeş yaralanıb, bir neçə nəfər isə saxlanılıb.
Klub prezidenti saxlanılan azarkeşlərin də Türkiyəyə qaytarılması üçün çalışacaqlarını qeyd edib.
Kübra Musayeva