İran danışıqlara açıqdır, amma tələblərindən geri çəkilmir
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar məsələsində Qətər və Pakistanlı vasitəçilərin fəaliyyətinin davam etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasına Vaşinqtonla danışıqlarla bağlı sualları cavablandırarkən qeyd edib.
“Ehtiyac duyulan məhsulları müxtəlif yollarla təmin etməklə düşmənlərin ölkəni mühasirəyə almaq və iqtisadi sanksiyalar tətbiq etmək cəhdlərini puça çıxarmağa çalışırıq”, - deyə Əraqçi vurğulaylıb.
İranlı nazir ABŞ ilə danışıqlar məsələsində Qətər və Pakistanın vasitəçilik təşəbbüslərinin davam etdiyini, onların fikir və təkliflərini adi qaydada tərəflərə çatdırdığını qeyd edib:
“Yeni yollar aça biləcək fikirləri nəzərdən keçiririk, lakin Hörmüz boğazını açmaq üçün tələblərimizin yerinə yetirilməsində israrlıyıq”.
Tehranın Vaşinqtona çatdırdığı tələblər arasında dəniz blokadasının aradan qaldırılması, ticarət və neft gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracına icazə verilməsi, dondurulmuş aktivlərin azad edilməsi, nüvə materiallarının ölkə ərazisində saxlanılması və müharibənin dayandırılması yer alır.
Aysel Mətləb