ABŞ-də güclü fırtına 600 mindən çox evi işıqsız qoydu
ABŞ-nin şərqini bürüyən fırtına fonunda 600 mindən çox elektrik enerjisi istehlakçısı işıqsız qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "PowerOutage"" monitorinq resursu məlumat yayıb.
Məlumata görə, 631 740 ev təsərrüfatında elektrik enerjisinin verilişində fasilələr yaranıb. Ən çox elektrik kəsintisi Virciniya və Missuri ştatlarında qeydə alınıb. Burada müvafiq olaraq 220 min və 150 min istehlakçı işıqsız qalıb.
Bir gün əvvəl güclü yağışlar və külək səbəbindən Nyu-York şəhərində, eləcə də Nyu-Cersi ştatında fövqəladə vəziyyət rejimi elan edilib. Gözlənildiyinə görə, küləyin sürəti 26 m/s-ə çatacaq.
Aysel Mətləb