Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA

Misir Mərdanovdan Məleykə Abbaszadə ilə bağlı AÇIQLAMA
26.11.2026 20:52 Elm və Təhsil

Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməyi edəcəyik.

TodayPress TV xəbər verir ki, bu sözləri keçmiş təhsil naziri, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, yeni rektorun təyinatına hörmətlə yanaşırlar və onun fəaliyyətinin müsbət nəticələr verəcəyinə inanırlar:

“Təyinata hörmətlə yanaşırıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq. Yeni rektor Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, Məleykə Abbaszadə noybarın 19-da Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək, Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər