Türkiyə DİN-dən Gürcüstana ETİRAZ - Azarkeşlərə görə ara qarışdı
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi gürcüstanlı həmkarı Sulxan Tamazaşviliyə zəng edərək “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsinə etirazını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, M. Çiftçi azarkeşlərin Türkiyəyə sağ-salamat qayıtmalarının təmin olunmasını istəyib.
Gürcüstanlı nazir isə Fələstin bayraqlarını yığışdıran şəxslərin dövlət rəsmiləri deyil, UEFA nümayəndələri olduğunu bildirib.
Mustafa Çiftçi, həmçinin köməkçisini stadiona göndərdiyini də qeyd edib.
Aysel Mətləb