SON DƏQİQƏ: Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi

SON DƏQİQƏ: Ərdoğan “Beşiktaş”ın prezidentinə zəng etdi
26.11.2026 23:24 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Avropa Liqası çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən "Beşiktaş" – "Hapoel Beer-Sheva" matçı zamanı yaşanan gərginliklə bağlı "Beşiktaş" klubunun prezidenti Sərdar Adalı ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, dövlət başçısı prosesi yaxından izlədiyini vurğulayaraq "Beşiktaş" camiasına və azarkeşlərə keçmiş olsun arzularını çatdırıb.

Qeyd edək ki, qarşılaşma öncəsi və matçın gedişində azarkeşlərlə yerli təhlükəsizlik qüvvələri arasında insident yaşanıb və bu səbəbdən oyun müvəqqəti dayandırılıb. "Beşiktaş" rəhbərliyi azarkeşlərin təhlükəsizliyi ilə bağlı UEFA nümayəndəsi və Türkiyənin Batumidəki Baş Konsulluğu ilə təmasa keçib. Türkiyə Xarici İşlər Nazirliyi də bölgədəki vətəndaşların vəziyyətinin nəzarətdə saxlanıldığını və lazımi diplomatik addımların atıldığını bəyan edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər