TƏCİLİ: Hakan Fidan gürcüstanlı həmkarına zəng etdi
️
“Beşiktaş” - “Hapoel Beer-Şeva” matçındakı dava ilə əlaqədar Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə KİV-i Xarici İşlər Nazirliyinin mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Tbilisidəki səfirliyinin və Batumidəki baş konsulluğunun nümayəndələri stadionda olublar. Türkiyə vətəndaşlarının təhlükəsizliyinin və hüquqlarının qorunması üçün bütün zəruri tədbirlər görülür.
Məlumata əsasən, “Beşiktaş”ın UEFA Avropa Liqası matçını izləmək üçün Batumidə olan Türkiyə vətəndaşlarının vəziyyəti Nazirlik tərəfindən yaxından izlənilir.
Aysel Mətləb