“Beşiktaş” matçındakı polis müdaxiləsinə nazirdən KƏSKİN ETİRAZ

“Beşiktaş” matçındakı polis müdaxiləsinə nazirdən KƏSKİN ETİRAZ
26.11.2026 23:38 Dünya

Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçında baş verən insidentə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, nazir sosial media hesabında etdiyi paylaşımda Gürcüstanın hüquq-mühafizə orqanlarının “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq etməsini şiddətlə pisləyib. O, Türkiyə idmanının və azarkeşlərinin hüquqlarını hər bir platformada qətiyyətlə müdafiə edəcəklərini vurğulayaraq “Beşiktaş” camiasının yanında olduğunu bəyan edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində neytral meydançada keçirilən qarşılaşmanın 25-ci dəqiqəsində tribunalarda Fələstinə dəstək pankartı açıldıqdan sonra yerli polis türkiyəli azarkeşlərə bibər qazı və dəyənəklərlə müdaxilə edib. Hadisə nəticəsində oyun müvəqqəti dayandırılıb, xəsarət alan azarkeşlər xəstəxanaya yerləşdirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər