Azərbaycan Super Liqası: “AZERRAIL” “Gənclər”ə set vermədən qalib gəldi
Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun baş tutub.
TodayPress TV xəbər verir ki, 6-cı tur çərçivəsində “Gənclər” və “AZERRAIL” komandaları üz-üzə gəliblər.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “AZERRAIL” 3:0 (25:12, 25:21, 25:13) hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, noyabrın 28-də Super Liqanın 5-ci turundan təxirə salınmış “Gənclər” - “Neftçi” qarşılaşması keçiriləcək. Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da başlayacaq.