“Beşiktaş”ın oyunu qalmaqala görə dayandırıldı: Polis azarkeşlərə müdaxilə etdi

“Beşiktaş”ın oyunu qalmaqala görə dayandırıldı: Polis azarkeşlərə müdaxilə etdi
26.11.2026 22:56 İdman

“Beşiktaş” və “Hapoel Beer Şeva” komandaları arasında UEFA Avropa Liqası çərçivəsində keçirilən qarşılaşma tribunlarda baş verən hadisələr səbəbindən 25-ci dəqiqədə dayandırılıb.

TodayPress TV xəbər verir ki, UEFA Avropa Liqasının beşinci turunda Türkiyənin “Beşiktaş” komandası İsrailin “Hapoel Beer Şeva” klubu ilə Gürcüstanın Batumi şəhərində yerləşən stadionda qarşılaşıb.

Matçın ilk 25 dəqiqəsi qolsuz bərabərliklə keçsə də, tribunlarda baş verən hadisələr qarşılaşmanın dayandırılmasına səbəb olub. Gürcüstan polisinin “Beşiktaş” azarkeşlərinə müdaxiləsi zamanı fanatlardan biri xərəkdə meydan kənarına aparılıb.

“Beşiktaş”ın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışdı

Gərginlikdən sonra “Beşiktaş”ın futbolçuları kapitan Orkun Kökçünün rəhbərliyi ilə tribunlara yaxınlaşaraq azarkeşləri sakitləşdirməyə çalışıblar.

Qara-ağlı azarkeşlər isə baş verənlərdən sonra “Rəhbərlik, yatma, azarkeşlərə sahib çıx!” şüarını səsləndiriblər.

Stadionda səsləndirilən elanlarda da azarkeşlərə sakitliyi qorumaqla bağlı bir neçə dəfə xəbərdarlıq edilib: “Matçın keçirilməsinə icazə verməyəcəklər! Xahiş edirik, sakit olun. Xahiş edirik, sakit olun, heç nə atmayın”.

Qarşılaşma dayandırıldı

Baş verən hadisələrdən sonra hər iki komandanın futbolçuları və matçın hakimləri paltardəyişmə otağına yollanıblar.

Qarşılaşmanın nə vaxt bərpa ediləcəyi və ya ümumiyyətlə davam etdirilib-etdirilməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər