İstanbul klubunda qısa macəra başa çatdı: Kyut getdi!

İstanbul klubunda qısa macəra başa çatdı: Kyut getdi!
11.11.2026 13:15 İdman

“Fənərbağça” oktyabrın sonunda əsas komandanın baş məşqçisi vəzifəsini müvəqqəti icra etmək üçün təyin olunan mütəxəssislə əməkdaşlığa son qoyduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, klubun mətbuat xidməti sosial şəbəkə hesabında Dirk Kyuta təşəkkür edib:

“Təşəkkürlər, Dirk Kyut! Bizim mavi-sarı tariximiz uzun illər əvvəl başlayıb və aramızdakı bağ heç vaxt qırılmayıb. Əvvəl meydanda, sonra isə meydanın kənarında bizimlə oldun. Zolaqlı formaya olan sevgin və sədaqətinlə hər birimizin qəlbində xüsusi yer qazandın. Bu rənglərə verdiyin hər şeyə görə sənə səmimi qəlbdən təşəkkür edirik. Bu gün səninlə vidalaşırıq, lakin bu böyük ailədəki yerin heç vaxt mübahisə mövzusu olmayacaq. Çünki bəzi vidalar ayrılıq deyil, əbədi bağlılığın ifadəsidir. Yolun açıq olsun, Dirk!”

Qeyd edək ki, “Fənərbağça” noyabrın 3-də baş məşqçi vəzifəsinə Emre Belözoğlunu təyin etdiyini açıqlayıb.


Namiq HUN

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər