ABŞ İsrailə görə Avropaya qarşı "cəbhə" açdı
ABŞ-də 13 Respublikaçı ştatın baş prokuroru İsrailin işğal altındakı Fələstin ərazilərindəki qanunsuz yaşayış məntəqələrinə qarşı tətbiq edilən sanksiyalara görə Böyük Britaniya və Hollandiyanı ticarət məhdudiyyətləri ilə hədələyib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Ayova ştatının Baş prokuroru Brenna Bördin rəhbərlik etdiyi koalisiya London və Amsterdamdan həmin tədbirləri geri götürməyi tələb edib.
Respublikaçı prokurorlar xəbərdarlıq ediblər ki, əks halda Britaniya və Hollandiya şirkətləri ABŞ hökumətinin dövlət müqavilələrini itirə, hətta ölkədəki əmlaklarının satılması ilə bağlı məhdudiyyətlərlə üzləşə bilərlər.
Jalə Rövşən