Qardaşların mübarizəsi: Davud zirvədə, Cavad ikinci pillədə!

Qardaşların mübarizəsi: Davud zirvədə, Cavad ikinci pillədə!
11.11.2026 13:12 İdman

Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

TodayPress TV xəbər verir ki, ənənəvi yarışda Azərbaycanın U20 millisinin iki üzvü fəxri kürsüyə yüksəlib.

77 kq çəki dərəcəsində keçirilən finalda iki azərbaycanlı güləşçi – Davud Məmmədov və onun qardaşı Cavad Məmmədov üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Davud turnirin qızıl medalına sahib çıxıb. Cavad isə gümüş medalla kifayətlənib.

Namiq HUN


FOTOLAR

Qardaşların mübarizəsi: Davud zirvədə, Cavad ikinci pillədə! — 1
Qardaşların mübarizəsi: Davud zirvədə, Cavad ikinci pillədə! — 2
XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər