Vergi qalmaqalı: Floyd Meyvezerə qarşı yeni iddia

İdman

11.04.2026 11:13

Beş çəki dərəcəsində sabiq dünya çempionu və Şöhrət Zalının üzvü Floyd Meyvezer ABŞ-nin vergi xidmətinə 7 milyon dollardan çox borcludur.

TodayPress TV xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.

Bildirilib ki, boksçunun 2018–2023-cü illəri əhatə edən dövr üzrə ümumilikdə 7,3 milyon dollar vergi borcu yığılıb. İddia bu ilin mart ayında Meyvezerin daşınmaz əmlakının yerləşdiyi Las-Veqas şəhərində qaldırılıb.

Qeyd edək ki, bu, idmançı ilə bağlı ilk belə hal deyil. O, 2023-cü ildə 5,5 milyon dollar vergi borcunu ödəyib, əlavə olaraq 1,1 milyon dollar cərimə də tətbiq olunub. 

Daha əvvəl – 2015-ci ildə isə 22,2 milyon dollar məbləğində vergi məsələsi ilə bağlı mübahisə yaşanmışdı.

Namiq HUN

TodayPress TV

tag: Floyd Meyvezer,ABŞ,Vergi,Qalmaqal,Todaypress.tv,