Varşavada güc nümayişi: 19 cüdoçumuz yarışacaq
İdman
12.03.2026 15:01
Azərbaycanı Polşada keçiriləcək Avropa Açıq turnirində 19 cüdoçu təmsil edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Martın 14–15-i tarixlərində Varşava şəhərində keçiriləcək yarışda 9 çəki dərəcəsində 15 kişi və 4 qadın cüdoçu tatamiyə çıxacaq.
Kişilərin yarışında Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Camal Feyziyev (+100 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli və Günel Həsənli (hər ikisi 78 kq) tatamiyə çıxacaqlar.
Kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi isə İmamverdi Məmmədov olacaq.
Namiq HUN
tag: Cüdo,Polşa,Turnir,Varşava,Todaypress.tv,
